Bu maraqlıdır!

Əlifbaya həsr olunan markalar

Ukrayna poçtu "Ukrayna əlifbası" seriyası çərçivəsində poçt blokunu tədavülə buraxıb. Poçt bloku 11 markadan ibarətdir. Bu markaların üzərində müxtəlif  hərflər öz əksini tapıb və  bu hərflərin yanında məhz o hərflə başlayan heyvanların  təsviri yer alıb.


Markalar 40 х 28 mm, vərəq özü isə 148 х 214 mm ölçülərində dövriyyəyə buraxılıb. Bu orijinal poçt blokunun nominal dəyəri 11 х 8.00 qriven, tiraji isə 35 min nüsxə təşkil edir. Layihə rəssam Konstantin Lavroya məxsusdur.


Ukrayna əlifbasına həsr olunan bu poçt bloku "Ukraynanın qiymətli kağızların istehsalı üçün poliqrafiya çap evində" işiq üzü görüb.


Buraxılışa əlavə olaraq "İlk gün" zərfi və xüsusi ştempel hazırlanıb.


Onu da qeyd edək ki, poçt blokunun dövriyyəyə buraxıldığı vaxt Kiyev şəhərində K-2 poçt rabitəsi şöbəsində "İlk gün" zərfinin üzərinə xüsusi həkketmə həyata keçirilib.