Bu maraqlıdır!

Filippin haqqında maraqlı faktlar

1. Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
 
2. Ölkənin adı İspan kralı II Filippin şərəfinə qoyulmuşdur.
 
3. Paytaxtı - Manila şəhəridir.
 
4. Filippin dövlətinə mənsub 7100-dən çox ada var və təxminən beş minində yaşayış yoxdur.
 
5. Filippinin əhalisi Cənub-Şərqi Asiyanın bütün ölkələri arasında ən sürətlə artanıdır.
 
6. Filippin dünyanın bütün təbii fəlakətlərinə meylli yeganə ölkəsidir. Burada tez-tez tayfunlar, vulkanik püskürmələr, sunamilər və zəlzələlər baş verir. 
 
7. Sunami təhlükəsi üzündən yerli əhali sahil kənarından uzaqda  məskunlaşmağı üstün tutur. 
 
8. Filippin dünyanın dördüncü böyük katolik ölkəsidir.
 
9. XIX əsrin sonlarına kimi İspan dili Filippində yeganə yazılı dil idi və məktəblərdə onun məcburi tədrisi yalnız 1986-cı ildə dayandırıldı.
 
10. Filippin yalnız 1946-cı ildə müstəqillik əldə etdi.
 
11. Filippin iki rəsmi bayrağa sahib olan dünyanın tək ölkəsidir. Filippin bayrağı günəş və ulduzlar çəkilmiş ağ üçbucaqdan və göy ilə qırmızı rəngli iki zolaqdan ibarətdir. Bu yeganə bayraqdır ki, iki variantı var: sülh vaxtı göy rəng yuxarıda, qırmızı aşağıda olur, müharibədə isə rənglər yerlərini əksinə dəyişirlər.
 
12. Filippinin milli valyutası - peso adlanır. 
 
13. Məşhur səyyah Magellan məhz Filippində vəfat etmişdir. Yeri gəlmişkən, ilk dəfə bu adaları ziyarət edən Magellan demişdir “Yer üzündə cənnət varsa, o zaman buradadır”.
 
14. 12 milyon Filippinli ölkə xaricindən kənarda yaşayır.
 
15. Yer üzündə ən kiçik vulkan “Taal” Filippindədir.
 
16. Filippin paytaxtı Manila dünyanın ən sıx məskunlaşmış şəhəridir. 
 
17. Filippin mətbəxinin əsasını düyü təşkil edir.
 
18. Banan yarpağı ölkədə boşqab kimi istifadə olunur.
 
19. Manilada rus şairi Aleksandr Puşkinin abidəsi ucaldılıb.
 
20. Burada ən böyük yeraltı çay “Puerto Prinsessa” yerləşir.
 
21. Boholun məşhur Şokolad Təpələri də Filippində yerləşir. 
 
22. Nadir, kiçik və uzuntopuqlar fəsiləsinə aid meymun cinsi də Filippinin daimi sakinidir.
 
23. Dünyanın ən böyük timsahı məhz Filippində ovlanmışdır. 
 
24.  Dünyanın ən böyük mirvarisi 1934-cü ildə Filippində tapıldı. Onun çəkisi 6,5 kiloqram idi.