Təbiət

Pyrops candelaria

Pyrops candelaria Vyetnam, Hong Kong, Laos, Tayland və cənub-şərqdəki digər bölgələrdə yaşayan həşəratdır. O, 1939-cu ildə Spinola tərəfindən yaradılan Pyrops cinsinə aiddir.

 

Bu növün üzvləri bəzən işıldaböcək də adlanır. Amma işıq saçmırlar. Həşərat lonqan və liçi ağacları da daxil olmaqla digər bitkilərin şirəsi ilə qidalanır. Ağacın qalın qabığını dəlmək üçün uzun incə burnundan istifadə edir və ağacın şirəsinə çatır.

 

Kolleksiyaçılar bu canlını toplamağı sevir. Çünki, həşəratın qara rənglə əhatələnmiş sarı-narıncı ön və arxa ayaqları, qırmızı başı və ağ rəngli ləkələri olduqca cəlbedicidir.