Təbiət

Ölümsüz ağac - Baobab

Baobab həqiqətən qeyri-adi bir ağacdır. Təbiətin ən qalın ağacı olmaqla yanaşı, baobab eyni zamanda ən uzun ömürlü ağacdır. Baobab 2000 ildən çox yaşayır, digər elm adamları isə 4 min ildən çox olduğunu söyləyir. 


Baobab – Afrika, Madaqaskar və Asiyanın tropik bölgələrində yetişir. Hündürlüyü 25m-dir . Gövdəsinin həcmi 30 tona, diametri isə 11 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır. Ağacın budaqları yuxarıdan aşağıya doğru sallandığından isə qübbəvari çətir əmələ gətirir. Bəzi yerlərdə baobab ağacına ‘‘tərs dönmüş ağac’’ da deyilir.


Portağal böyüklüyündə, yumurta formasında olan meyvəsinin turş lətli hissəsi yerli əhali tərəfindən şəkər tozu əlavə olunub yeyilir. Qabığından və yarpaqlarından "adasonina" adı verilən qızdırma salan maddə əldə edilir.  Baobabın odunundan da kağız emal olunur. 


Madaqaskar adasında 8 növ baobab bitir. Bunlardan təkcə birinə Afrikada rast gəlmək mümkündür. Baobabların bəzi növləri 35 metrə qədər boy ata bilər.


Gövdələrinin içi su ilə dolu olduğundan baobablar oda, istiyə qarşı çox dayanıqlıdır. Bu xüsusiyyətləri sayəsində baobablar yox olmaq təhlükəsindən uzaqdılar.
Madaqaskar xalqı, bu ağaclara qarşı xüsusi bir inancla yanaşır. Belə ki, məsələn Mahafaly qəbiləsinin insanları məzarlarının yaxınlığında baobab əkilməsini istəyirlər. 


Hətda yerli xalq ağacın gövdəsindən soyuducu kimi istifadə edir. Onun içərisində düyü, toxum, taxıl və s. saxlayırlar.


Baobabların çöl qabığının soyulması digər ağaclardan fərqli olaraq ağacı öldürmür. Baobabın yaralı hissəsi qısa müddətdə sağalır.


Bu inanılmaz ağac yalnız gecə çiçəklənməyə başlayır və çiçəklənmə bütün yağışlı mövsümün oktyabr-dekabr aylarında davam etməsinə baxmayaraq hər bir çiçək bir gecə yaşayır. Baobabın çiçəkləri ağ və çox böyükdür, xoş bir qoxusu var, ancaq açmağa başladıqdan qısa müddət sonra solur.


İri uzunsov baobab meyvələri müxtəlif vitaminlərlə zəngindir. Meyvələr tez həzm olunur və insan orqanizmində yorğunluğu aradan qaldırır. Baobab meyvələri yalnız insanlar tərəfindən istifadə olunmur – onları baobab  ağacında yaşayan meymunlar da çox sevir və məhz buna görə də bəzən baobab ağacına “Meymun ağacı” da deyirlər.


Baobab meyvəsinin toxumu yeməlidir və bişirildikdən sonra ondan qəhvə dəmlənilir.


Meyvəsinin qabığından sabun və təəccüblü olaraq qızartma yağı hazırlanır.


Baobab meyvəsindən hazırlanan pudra ilə Şərqi Afrika qadınları başını yuyur və daxilində olan qırmızı boya ilə sifətlərini boyayırlar.


Baobabın yarpaqlarından dadlı salat hazırlayır və şorba bişirilir.


Baobabın çiçək tozu yapışqan istehsalı üçün istifadə olunur.


Baobab qabığı dərman vasitəsi kimi də istifadə olunur. Soyuqdəymə, dizenteriya, ürək-damar xəstəlikləri, diş ağrısı, astma, həşərat dişləmələri əleyhinə dərmanlar hazırlanır.


1991-ci ildə diametri  54,5 metr olan bir baboab ağacı Ginnesin Rekordlar Kitabına düşmüşdür.