Təbiət

Mafusail şam ağacı– Planetin ən yaşlı ağacıdır

Minilliklər boyunca Kaliforniyanın White Mountain (Ağ dağ) dağının ətəyində dünyanın ən yaşlı ağacı bitir. Mafusail şam ağacı - planetin ən qədim və yaşlı canlılarından biridir. Alimlərin fikrincə, ağac təxminən 4842 yaşındadır.


Ağacın yerləşdiyi Qədim Bristlkon Milli Qoruğunu (Ancient Bristlecone Pine Forest) ziyarət etmək asan deyil. Əsas asfalt yollundan uzaqda yerləşdiyindən və dağların başı əsasən qar ilə örtülü olduğundan (sürüşmə ehtimalı yüksəkdir) ilin çox vaxtı qoruğa giriş bağlı olur. Məhz bu qoruqda planetimizin ən qədim ağacları böyüyür.


1953-cü ildə alim Edmund Şulman Mafusail Mafusail şam ağacını  kəşf etdi, sonra ağacla bağlı yazdığı məqaləni National Geographic jurnalında dərc etdi. İnsanlar planetin ən qədim ağacı haqqında məlumatı öyrəndikdə, parkı ziyarət etməyə və ağacın bir qismini əldə etməyə çalışdılar. Ağac yoxolma təhlükəsi altında idi!


Hazırda ağacın parkdakı yeri gizli saxlanılır və şam ağacı heç kimə göstərilmir. Mafusail şam ağacı Ginnes Rekordlar Kitabında və planetimizin ən qədim bitkilər kataloqunda siyahıya alınıb.


Mafusail şam ağacı digər uzun ömürlü ağaclar kimi, məşhur qırmızı ağaclar kimi hündür deyil. Onların hündürlüyü hətta 10 metrə çatmaz, bəziləri isə yalnız cırtdan görünür.