Təbiət

Tikanlı hörümçək

Gasteracantha cancriformis, tikanlı hörümçək olub, Araneidae fəsiləsinin nümayəndəsidir. Bu cinsin adı yunan mənşəli olub, Gaster  “qarın”, acantha “tikan,”  cancriformis isə latın sözü olub xərçəng və formalı deməkdir. Dişilər 5–9 mm uzunluqda, 10-13 mm enindədir. Qarnında 6 tikanın varlığı xarakterikdir.

 

Əksər hörümçəklərdə olduğu kimi erkəklər ölçü baxımından daha kiçik (2-3 mm) olub, genişliyi isə daha uzundur. Qabığın alt hissəsi və ayaqlar qara rəngli ağ ləkəlidir. Qarnın üst hissəsində isə dəyişikliklər meydana gəlir: ağ və ya sarı rənglərin hər ikisində qara ləkələr var. Ağ rəngli hissə qırmızı və qara tikanlı olduğu halda, sarı hissə yalnız qara tikanlı olur. Erkəklər dişilərlə eyni rəngə sahibdir ancaq qarnı boz rəngli ağ ləkəlidir. Həmçinin tikanların sayı 4-5 ədəddir.

 

Bu canlının yaşama müddəti çox azdır. Çoxalma vaxtından 6 gün sonra erkək, yumurta qoyandan sonra isə dişi ölür. Amerika Birləşmiş Ştatlarının cənub hissəsindən Kaliforniyadan Şimali Karolina'ya, eləcə də Mərkəzi Amerika, Yamayka, Kuba, Dominikan Respublikası, Bermuda, Puerto Riko, Cənubi Amerika, Avstraliya, o cümlədən Bahamalardakı bəzi adalarda yaşayır. O, həmçinin Whitsunday Adaları, Cənubi Afrika və Palawan, Filippin, habelə Havay adalarında Kauai, Taylandın şərq dəniz sahilindəki Antill və Koh Chang ərazilərində görülür. Gasteracantha cancriformis əsasən çalı yerlər və ağaclarda yaşayır. Bu hörümçək üzərində edilən araşdırmaların bir çoxu Floridada yerləşən  sitrus baxçalarında aparılır.