Təbiət

Ən güclü böcək - Kərgədan böcəyi

Kərgədan böcəyi və ya yapon buynuzlu böcəyinə Yaponiyada “kabutomushi” deyilir. “Kabuto” yapon dilində dəbilqə mənasını verir. Onu samuray dəbilqəsinə bənzədirlər. “Mushi” isə böcək deməkdir. Erkəklər 40-80 mm, dişilər isə 40-60 mm uzunluqda olur. Erkəklərin başında olan “Y” hərfinə bənzəyən buynuz, ərazinin qorunmasında istifadə olunur. Həmçinin, onlar digər erkəklə mübarizə zamanı onu buynuzunun üstünə alaraq havaya atır. 

 

Bundan əlavə sinə hissəsində də “Y” şəkilli buynuzu var. Gecə canlısı olduğundan gözləri ağ və qırmızı rənglərə uyğunlaşır. Qarnın altı qara, bədəni tünd qəhvəyi, ön ayaqları isə uzundur. Qidası meyvələr, ağac şirəsi və tərkibində şəkər olan hər şeydən ibarətdir.

 

Kərgədan böcəkləri ağırlıqlarının təxminən 30 qatını daşıma xüsusiyyətinə sahib olduqları üçün dünyanın ən güclü böcəyi kimi tanınır.


Bu növə Yaponiya, Tayvan, Koreya yarımadası və Şərqi Çində rast gəlinir. Tropik və subtropik dağlıq mühitlərdə geniş yayılıb. Həyatının çoxunu torpaqda keçirir. Yazda sürfə dövrünü keçirir, bu mərhələdən sonra aktiv şəkildə 4 ay yaşayır. Sentyabr, oktyabr aylarında ölür. Adətən çoxalma zamanı və yumurta qoyduqdan sonra ölür. Yaponlar bu böcəyi tutaraq Asiya ölkələrinə 500 və ya1000 yenə (təxminən beş-on ABŞ dolları) satırlar.


Yaponsiyada bu həşəratların döyüşünü də keçirirlər.