Bu maraqlıdır!

Təcrübələrini ilk dəfə öz üzərində həyata keçirən insanlar

Maks fon Pettenkofer düzgün təmizlənmə, praktik gigiyena, təmiz hava və su ilə bağlı təcrübələri ilə tanınan alman kimyaçı və gigiyenist idi. Maraqlısı odur ki, o, həmçinin antiinfeksiyaçı idi və xəstəliklərə bakteriyaların səbəb olduğuna inanmırdı. Bu inam onu bir çox müasir alimlərlə xüsusilə məşhur alman alim, həkim və mikrobioloqu, vərəm, qarayara, vəbanın səbəblərini müəyyən edən Robert Kox ilə qarşı-qarşıya qoyurdu. Robert Koxun nəzəriyyəsinə görə, xəstəliyə yalnız bakteriyalar səbəb olur. Pettenkofer isə bu nəzəriyyənin yanlış olduğunu sübut etmək istəyirdi. Pettenkofer və Kox arasındakı münaqişələrdən biri də vəba idi. Koxun səhvini sübut etmək üçün 7 oktyabr 1892-ci ildə, Pettenkofer vəba bakteriyası dolu bulyonu şahidlərin iştirakı ilə içir. Ayrıca, turşuların bakteriyaları öldürdüyünü söyləyən Koxun təklifi ilə, mədə turşularını neytrallaşdırmaq üçün Pettenkofer natrium biokarbonat içir. Bir həftə sonra Pettenkofer yüngül simptomlar keçirsə də, buna vəbanın səbəb olmadığını iddia edib.

 

 

Amerikalı həkim Ceyms Keroll və Cessi Lazar kubalı həkim və alim Karlos Finlayın başlatdığı işi davam etdirən Volter Ridin başçılıq etdiyi bir araşdırma qrupunun bir hissəsi idilər. 1881-ci ildə Karlos Finlay sarı qızdırmanın insan təması ilə deyil, sarı-qızdırma ağcaqanadları tərəfindən yoluxdurulduğu fikrini irəli sürdü. 1900-cü ilin sentyabrın əvvəllərində, xəstəliyi araşdırmaq üçün Ceyms Karroll, Aristides Aqramonte və Cessi Lazar bilərəkdən yoluxmuş ağcaqanadın onları dişləməsinə icazə verirlər. Lazar, həmin ayın 26-sı ölür, ancaq Karroll sağalır. Sağalmasına baxmayaraq, Karroll 7 il sonra həmin xəstəlikdən vəfat edir. Onların bu səyləri sübut etdi ki, təbiətdə sarı qızdırma xəstəliyini bu ağcaqanadlar yaradır.

 

 

ABŞ-ın Pensilvaniya ştatından olan cərrah Evan O'Nill Keyn öz üzərində üç dəfə əməliyyat aparması ilə məşhurdur. 1919-cu ildə öz barmağını amputasiya etməsi onun birinci əməliyyatı oldu. Apendisit əməliyyatı üçün yerli anesteziyanın yetərli olacağını söyləyən Keyn, bunu sübut etmək üçün ikinci əməliyyatını öz üzərində reallaşdırdı. Cərrah əməliyyatını, 15 fevral 1921-ci ildə, yerli anesteziya vasitəsilə güzgülərin köməyi ilə həyata keçirdi. O, proseduru müvəffəqiyyətlə bitirdi, baxmayaraq ki, bu böyük əməliyyat idi və bugünküdən daha böyük bir kəsik tələb edirdi. Onun məqsədi tamamilə yatızdırılması təhlükəli olan xəstələrdə əməliyyatın yerli anesteziya ilə həyata keçirmək olduğunu sübut etmək idi. 

 

Keyn əməliyyatın xəstələr üzərində keçirilməsini istəyirdi və gələcək əməliyyatlar zamanı lokal anesteziyadan istifadə etməyi planlaşdırırdı. Onun üçüncü özünü cərrahiyyəsi isə 1932-ci ildə 70 yaşında qasıq yırtığını yerli anesteziya ilə həyata keçirməyi idi. Əməliyyat 55 dəqiqədə başa çatdı və 36 saatdan sonra cərrah işə qayıtdı.

 

 


Aleksandr Aleksandroviç Boqdanov rusiyalı professor və həkimdir. O, 1924-cü ildə qan köçürmə təcrübələri etməyə başlamışdı. Bununla gəncləşmə və ya gəncləşdirmə eliksirini əldə edəcəyini fikirləşirdi. 11 qan köçürmə təcrübəsindən sonra Boqdanov görmə qabiliyyətinin yaxşılaşması, keçəlləşmənin dayanması və digər müsbət simptomların baş verdiyindən razı qalmışdı. Lakin sonrakı qan Köçürmə ona həyatı bahasına başa gəldi. Belə ki, o malyariya və vərəmdən əziyyət çəkən şagirdindən qan köçürür. Boqdanov bundan sonra rəhmətə gedir ancaq onun qanı köçürülən tələbə tamamilə sağalır.

 


Üzərində ürək katetırı əməliyyatı icra edilən ilk insan Verner Forssmann. Verner Forssmann alman alimi və həkimidir. Maraqlısı odur ki, həkim bunu özü öz üzərində həyata keçirib. Şöbə müdirinin əmrlərinə məhəl qoymadan, tibb bacısının (Gerda Ditzen) qolunu kəsərək onun üzərində əməliyyat etməyə razı sala bilmişdi. Ancaq Forssmann onu aldadırdı. Belə ki, əslində əməliyyatı öz üzərində icra edəcəkdi. Tibb bacısını əməliyyat stoluna qoymuş, guya ona anesteziya verərək qolunu kəsəcəkmiş kimi göstərsə də, bunu özünə etdi. 1929-cu ildə öz-özünə ürək katetırı qoyan bu həkim, əməliyyatın ortasında radiyoloji şöbəyə getmiş ki, oradakı avadanlıqlarla katetırı rahat görə bilsin. Daha sonra qovulsa da, alim 1956-cı ildə Nobel mükafatına layiq görüldü.

 


Allan Bler Alabama Universiteti tibb məktəbinin professorudur. O, qaraqurd hörümçəklərinin insanlar üçün təhlükəli olduğunu sübut etmişdir. Bundan əvvəl zəhərin insan üçün təhlükəli olmadığı düşünülürdü. O zamanlar sadəcə bir neçə test edilmişdi və müxtəlif səbəblərdən etibarsız sayılmışdı. Bundan əlavə Bler, sancılmış qurbanlarda hansısa immunitet yaranıb-yaranmadığını öyrənmək istəyirdi. Beləliklə qaraqurd hörümçəyini onu sancmasına izin verir. İlk sancı o qədər ağrılı idiki, ikinci sınağı etməməyi düşünür. O, ağrılar dözülməz olana qədər (yəni iki saat ərzində) xəstəliyin təsirlərini qeydə ala bildi. Professor iki gün xəstəxanada yatmış və tamamilə sağalmışdı.

 

 

Leo Sternbax, Arfonad, Klonopin, Rohipnol, Moqadon, Dalman həmçinin valium və librium kimi dərmanları kəşf edən polşa-yəhudi əsilli bir əczaçıdır. O, 1950-ci illərdə tez-tez öz üzərində sınaqdan keçirdiyi "benzodiazepinlər" adlı sakitləşdirici dərman sinfini kəşf etdi. Onlardan ikisi indi də çox məşhur olan və istifadə edilən librium və valiumdur. O, 1956-cı ildə libriumu kəşf etdi və 1960-cı ildə istifadə üçün təsdiq edildi. Valium libriumun təkmilləşdirilmiş versiyasıdır və 1963-cü ildə buraxıldı. Valium əvvəl malekulyar quruluşa sahibdi və siçan, pişik və meymunlar üzərində test edilmiş yeni versiyasını yaratdı. Maraqlısı o idi ki, dərman bu hevanları huşsuz etmədi, sadəcə sakitləşdirdi. Sternbax, onların uğurlu olduğunu sübut etmək üçün kəşf etdiyi digər dərmanlarla birlikdə yeni mürəkkəbi də öz üzərində sınadı.

 

 

1954-cü ildə Con Stapp insan üzərində sürət və yavaşlamanın təsirlərini öyrənmək üçün özünü bir raket kirşəsinə bağladı. O, 1017 km / saat sürətlə yer üzərində hərəkət edən ən sürətli insan rekordunu əldə etdi. Bununla yanaşı doğru qoşquya bağlanaraq insanın 46.2 g (g qüvvəti- müəyyən bir kütləyə müəyyən bir vəziyyətdə təsir edən sürətdir) qüvvədən zərər görmədən çıxa bildiyini göstərdi. Con Stapp həm də Mörfi qanunlarına görə "hər hansı bir işdə bir tərslik yaşanması ehtimalı varsa deməli bu ehtimal yaşanacaq" sözlərinin müəllifidir.

 


Barri Marşall mədə xorasını yaranmasına stres və ya ədviyyatlı yeməklərin deyil, bakteriyaların səbəb olduğunu sübut edən Avstraliyalı həkim və professordur. Sözlə heç kimi inandıra bilmədiyinə görə bir şüşə Helicobacter pylori içir. Üç gün sonra onda ürəkbulanma və ağız qoxusu yaranır. Beş-səkkiz gün sonra isə qusma və koloniyalaşmış bakteriyaların yarandığı müşahidə olunur. Lakin 14 gün sonra Marşall antibiotik qəbul edərək sağalır. Beləliklə araşdırmalarındakı ortağı Robin Vorren ilə birlikdə 2005-ci ildə Nobel mükafatına layiq görülür.

 

 

Dünyanın ilk “kiborqu” olaraq tanınan Kevin Vorvik: İnsanların beyni və bədəninin eyni yerdə olması gərəkli deyil. İnsan vücudu da bədən üzvləri ilə məhdudlaşa bilməz. Mexanika da vücudun çıxıntısı olaraq da istifadə edilə bilər. layihənin ilk mərhələsi insan və mexanika arasındakı hüdudu test etmək üçün 24 avqust 1998-ci ildə başladı. Vorvik dərisinin altına sadə RFID ötürücüsü olan çip yerləşdirir. Bununla o, yaxındakı qapı, işıq, qızdırıcı və digər kompüter nəzarət cihazlarını idarə edə bildi. İkinci mərhələdə isə Mark Gasson  tərəfindən yaradılan mürəkkəb bir neyron interfeys Vorvikin sinir sisteminə qoşuldu. 14 mart 2002-ci ildə biləyindəki sinir sisteminə qoşulan çip vasitəsilə robort qollarını hərəkət etdirə bilirdi.