Təbiət

Antarktika qurdu

Antarktika qurdu (lat. Eulagisca gigantea), okeanda yaşayan çoxqıllı qurdlar sinfinin həlqəvi qurdlar bölməsinə aiddir. Bu növ qurdlar Cənub Okeanı və ya Antarktik okeanının dibində yaşayır. 

 

Yadplanetli bədheybət görünüşü olan qurd ilk dəfə 1939-cu ildə okeanın 600 m dərinliyində aşkar edilib. Antarktika qurdu 20 sm uzunluğunda və 10 sm enində inkişaf edə bilər. Bədəni yastı formalı olub, 40 seqmentdən ibarətdir. Bu canlı bütün bədən uzunluğunun  ¼  -ni təşkil edən bir cüt böyük çənəyə sahibdir. Boz-qəhvəyi rəngdədir. Çoxqıllı qurdlar sinfi ətyeyən hesab edilir. Buna görə də, bu növ qurd da yırtıcı sayılır. Ancaq onların nə ilə qidalandığı və biologiyası haqqında məlumat yoxdur.