Atalar sözləri

Bilik barədə aforizmlər

Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, ağıl gücünə qazanılmışdır. (Lev Tolstoy)

***
Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)

***
Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. (Onore de Balzak)

***
Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)

***
Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir. (Cəlaləddin Rumi)

***
Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya. (Əbu Turxan)

***
Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər. (Nəsirəddin Tusi)

***
Bütün dünya bədəndir; bilik candır. (Cəlaləddin Rumi)

***
Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək. (Düklo)

***
Çox şeyi bilmək ağıl öyrətmir. (Heraklit)

***
Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)