Uşaq yaradıcılığı

Qonağımız Mədinə Nəsiblidir

Uşaq yaradıcılığı rubrikasının qonağı Mədinə Nəsibli 2011-ci il dekabrın 15-də Bakıda anadan olub. 279 nömrəli məktəbin 2-ci sinif şagirdi olan Mədinə müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir. O, məktəbi əla qiymətlərlə oxuyur. 

 

Şəkil çəkmək Mədinənin ən çox sevdiyi məşğuliyyətlərdən biridir. 5 yaşından rəsm dərnəyinə gedir, bir çox sərgilərin iştirakçısı olub. Diplomla təltif olunub. Asudə vaxtlarında rəqs və şahmatla da məşğul olan Mədinə öz üzərində daima inamla çalışır. Biz də Mədinəyə uğurlar arzulayır, qonağımız olduğu üçün təşəkkür edirik.