Bu maraqlıdır!

Piyada keçidi işarəsi necə yaranıb

Piyadaların yolun bir tərəfindən digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzərində çəkilən zolaq və ya digər adı ilə “Zebra” bütün dünya üçün universal görünsə də, əslində belə deyil. Fərqli ölkələrdə fərqli şəkildə bəzədilmiş piyada keçidləri var. Məsələn, "pələng" və ya "inək" rəsmi olan piyada keçidləri də var.


Hələ qədim zamanlarda Yunanıstan, Roma, qədim Mexiko şəhəri və digər şəhərlərdə ilk yolların salınması ilə yol nişanları yaranmağa başladı və bu günə kimi gəlib çatdı. 


İlk zamanlar piyada keçidi daşlar vasitəsi ilə görsədilirdi. Rəngli dörd-beş daş yan-yana düzülərək keçid əmələ gətirirdi. Romada bəzi piyada keçidləri indiyədək dağılmamış şəkildə günümüzə gəlib çatıb. 


Ənənəvi qara və ağ zolaq
Kaliforniyanın Indio şəhərində keçid işarəsi ilk olaraq 1924-cü ildə Cyun Makkerol adlı tibb bacısının ictimai mübarizəsi nəticəsində ortaya çıxdı. Bu qadın 10 ildən çox müddətdə yol işarələrinin nəqliyyatın yaxşılaşdırılmasına kömək edəcəyini sübut etməyə çalışdı. Qadın hətta öz evinin qarşısındakı yola işarə qoydu. Bununla bağlı mühazirələr verdi, ictimai qurumlarla əməkdaşlıq etdi və nəhayət, onun səsi eşidildi.


Sovet İttifaqında isə 1933-cü ildən başlayaraq, Moskvanın daşları asfaltla örtülməyə başlayanda işarələr ortaya çıxmağa başladı. 


Panda işarəsi
"Zebra" adlanan işarə 1951-ci ildə Böyük Britaniyada yarandı. Üç il ərzində, mindən çox variantlar sınaqdan keçirildi və nəticədə, insan gözü üçün qara və ağ olan yüngül zolaqların olması müəyyən edildi. Lakin yenə də, yeni işarələrin axtarışı uzun müddət davam etdi və digər zoomorfik variantlar təklif edildi. Məsələn: panda (xüsusi işıqlandırma sistemi ilə qara və ağ üçbucaq), pelikan, tukan və s heyvanlar.


Honq Konqda sarı pələng işarəsi
Keçid işarəsinin əsas rəngləri ağ olsa da, bir sıra digər ölkələrdə sarı rəngdən istifadə olunur. Məsələn, bu cür piyada keçidlərini Amerika, İsveçrə və İtaliyanın bəzi şəhərlərində görmək mümkündür. Çində yaşıl sarı keçidlərə "pələng işarələri" deyilir.


İnək işarəsi 
İspaniyanın La Koruna kurortu - unikal yol işarəsi ilə başqalarından seçilir. Burada zebra zolaqları yerinə inək xallarını xatırladan ləkələr yollara tətbiq olunub. Şəhər ən böyük süd məhsulları istehsalçısıdır və burada bir milyondan çox mal-qara saxlanılır. Bu səbəbdən  şəhərin işarələri inəklə bağlıdır.