Şeirlər

Gülzar İbrahimova. "Sülh nəğməsi"

Dünyanın uşaqları!

Gəlin əl-ələ verək!

Ən hündür bir zirvədə

Sülh bayrağı yüksəldək!

 

Sülh  bayrağı dalğalansın

Hər tərəfə sülh yaysın

Dünyadakı balalara

Sevincdən pay ayırsın!

 

Qoy dünyadakı uşaqlar

Həmişə gülsün, sevinsin,

Nə arzu etsə balalar

Yerinə yetsin arzular!

 

 

Mənim arzum budur Günəş,

Başımız üstündə olsun!

Gecələr sübhə qədər Ay,

Uşaqlara desin laylay!

 

Bir sehirli yağış yağsın

Dünyanı tərtəmiz etsin

Uşaqları sevməyənlər,

Çıxsın, dünyamızdan getsin!

 

Silah düzəldən əmilər

Silahları yandırsınlar,

Onlar da bizə qoşulub,

Sülh nəğməsi oxusunlar!

 

Bütün qəfəsləri açıb

Quşları göyə buraxaq

Sülhün azadlıq himnini

Əl-ələ tutaq, oxuyaq!

 

Bütün dünyaya yayılsın

Uşaqların arzuları,

Arzularına çatsınlar

Dünyanın gül balaları!

 

Sülhün azadlıq nəğməsi

Sevindirsin hər bir kəsi,

Göyərçinlər göyə qalxsın

Hamını sülhə çağırsın!