Xəbərlər

Bakı məktəblisi beynəlxalq turnirdə erməni idmançıya qalib gəlib

Bakı, 14 may, AZƏRTAC 
 
Paytaxt məktəblisi Rusiyada boks üzrə beynəlxalq turnirdə birinci yerə layiq görülüb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 159 nömrəli tam orta məktəbin şagirdi Əhəd Rüstəmli  28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gəlib.
 
Ə.Rüstəmli final mərhələsində erməni idmançını məğlub edib. Turnirin ən yüksək kürsüsünə yüksələn Ə.Rüstəmliyə medal, diplom və kubok təqdim olunub.
 
Boks idman növü ilə qısa müddət məşğul olmasına baxmayaraq, on yaşlı məktəbli ölkədaxili yarışlarda da böyük nailiyyətlər əldə edib.