Şeirlər

Abbasqulu ağa Bakıxanov. “Qurd və ilbiz”

Bir almanın içindә bir qurd vardı, nagəhan
Külәk qopdu, ağacı silkәlәdi durmadan. 
Alma qopub budaqdan düşәrәk yerә dәydi,
Qurd da düşüb qorxuya әvvәlcә nalә çәkdi. 
Sonra gördü sağ qalmış, sakitlәşdi bir qәdәr,
Ahәstә çölә çıxıb saldı әtrafa nәzәr. 
Qamәtini qaldırıb dedi:-«Mәnәm qәhrәman,
Zәrәr yetirmәz mәnә nә bir külәk, nә tufan». 
Bizim bala qurdcığaz hey döşünә döyürdü,
Qabil şәxsiyyәt kimi hey özünü öyürdü. 
Deyirdi: «Çox gәrәkli varlığam ki, belә mәn,
Allah mәni qurtardı qәbr içindә ölümdәn». 
Qurda yaxın bir ilbiz sıxılıb daxmasına,
Ətrafı seyr edirdi. Qurd, onun baxmasına 
Nәzәr salıb fәxr ilә bağırdı: «Ey, bura bax,
Gör mәn necә qoçağam». O, bir az da qalxaraq, 
Alma üstә dikәldi, dedi:-«Minarәyәm mәn,
Yaxın gәl, ta sayәmdә qorunasan külәkdәn». 
Lakin ilbiz sıxıldı etibarlı qınına,
Dinmәyib altdan-altdan baxdı heyrәtlә ona. 
Birdәn külәk başqa bir güclә әsdi, çoxaldı,
Ağacdan yer üstünә böyük bir alma saldı. 
Alma düşdü dos-doğru mәğrur qurdun başına.
Bu qoçağı döndәrdi dәrhal xәmiraşına. 
Hava sakitlәşәndә ilbiz çıxdı yuvadan,
Gördü әzilmiş sәfeh, tәkәbbürlü pәhlәvan. 
İlbiz ahәstә dedi:-«Budur şöhrәtin sonu,
Yersiz öyünmәk, qürur mәhv etdi axır onu». 
İnanın bu ilbizә, bir hikmәt söylәyim mәn,
Öz yurduna sığınmaq xoşdur sarsaq ölümdәn.