Təbiət

Dünyanın ən gözəl pərvanəsi - Venesuela güvəsi

Yeni kəşf edilən Venesuela pərvanəsi–ağ rəngli tükləri, iri qara rəngli gözləri və qəhvəyi rəngli uzun antenaları olan böyük bir güvəyə və tüklü ağ pudel cinsli itin qarışığına bənzəyir. Vətəni adından da göründüyü kimi Venesueladır. 


Bu növ xovlu pərvanə ilk dəfə 2009-cu ildə Venesuelada Kanayma Milli Parkında qırğız zooloqu Artur Anker tərəfindən kəşf edilib.