Xəbərlər

Macarıstan uşaqlarına yeni vebsayt hədiyyə edilib

Budapeşt, 1 mart, AZƏRTAC
 
Macarıstan uşaqları üçün bu günlərdə çox maraqlı vebsayt işə salınıb: http://egyszervolt.hu.  Saytda nağıl və qısa uşaq hekayələrinin oxunması,  cizgi və bədii filmlər, mahnılar toplusu, maarifləndirici oyunlar üçün bölmələr var. Ayrı-ayrı linklər vasitəsilə istifadəçilər “Nağıl-TV” onlayn telekanalına, oyuncaqlar kataloquna, printerlə çap olunan boyamalar, animasiyalar, şeirlər və s. olan səhifələrə  daxil ola bilərlər.
 
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri