Xəbərlər

7 iyun- Ümumdünya Qida Məhsullarının Təhlükəsizliyi Günüdür

BMT-nin Baş Məclisi keyfiyyətsiz ərzaq probleminə diqqəti cəlb etmək məqsədilə 2018-ci ilin dekabr ayında Ümumdünya Qida Məhsullarının Təhlükəsizliyi Günü təsis edib.


Keyfiyyətsiz qida məhsulları təqribən 200 xəstəliyin, o cümlədən xərçəng xəstəliyinin səbəbi ola bilər.


BMT Baş Məclisinin iqtisadi məsələlərlə məşğul olan İkinci Komitəsi bu problemin qlobal miqyasını nəzərə alaraq iyun ayının 7-ni Ümumdünya Qida Məhsullarının Təhlükəsizliyi günü elan olunması haqqında Qətnaməni (https://undocs.org/ru/A/C.2/73/L.2/Rev.1) səsə qoyulmadan qəbul edib.


Qətnamənin müəllifləri vurğulayıblar ki, ərzaq istehsalı və satışı zənciri xeyli mürəkkəbləşib və ərzaq ilə bağlı hər hansı xoşagəlməz hadisələr bütün dünyada əhalinin sağlamlığı, ticarət və iqtisadiyyat üçün mənfi nəticələr doğura bilər. Onlar xatırladıblar ki, BMT və Dünya Səhiyyə Təşkilatı (DST) qida məhsulları üçün beynəlxalq standartlar hazırlanmasında aparıcı rol oynamalıdırlar. Onlar istehlakçıların sağlamlığını qorumalı və ərzaq ticarətində vicdanlılığı təmin etməlidirlər. DST və FAO qida məhsullarının təhlükəsizliyinin təmin olunmasında ölkələrə kömək etməlidirlər.