Təbiət

Planetin ən uzun həşəratı: Phobaeticus Chani

Yaşayış arealı Cənub-Şərqi Asiya olan Phobaeticus chani - hazırda planetin ən uzun həşəratı hesab olunur. Phobaeticus chani ən uzun həşərat olmasına baxmayaraq, olduqca incə və yüngüldür.  Görünüşünə görə ağac budağına bənzəyir. Həşəratın sadəcə gövdəsinin uzunluğu 35.7 sm-dir. Ümumilikdə qolları və ayaqları ilə birlikdə həşəratının uzunluğu 56,7 sm-dir.


Phobaeticus chani adlı bu həşəratın yalnız 3 növü  bizə məlumdur. Digər növlərin həyat tərzi heç öyrənilməyib. Bütün növlər Malayziyanın Sabah əyalətinin cəngəlliklərində yaşayır. 


Ən böyük növü Kalimantan adasının meşələrində 1989 ildə yerli əhali tərəfindən aşkar edilib.


Phobaeticus Chani həşəratı  Datuk Çen Çjaulun tərəfindən araşdırılıb və 2008-ci ildə onun şərəfinə Chani olaraq adlandırılıb.


Phobaeticus chani bir canlı olaraq ağac budağından heç də seçilmir. Bu özəlliyi onu düşmənlərdən qorunmaqda kömək edir.