Təbiət

Tapir

Tapir- donuza bənzəyən, təkdırnaqlılar dəstəsinin Tapirkimilər fəsiləsinin tapir cinsinə aid olan otyeyən məməli heyvan növüdür. 


Bir neçə növü qeydə alınıb: Dağ tapiri (Tapirus pinchaque), Düzənlik tapiri (Tapirus terrestris), Mərkəzi Amerika tapiri (Tapirus bairdi) və Yəhərli tapir (Tapirus indicus). Təkcə yəhərli tapir Cənub-Şərqi Asiyada yaşayır, digər növlərə isə Mərkəzi və Cənubi Amerikada rast gəlinir.


Növündən asılı olaraq, müxtəlif ölçüyə sahib olurlar, orta uzunluğu təxminən 2 m, quyruğunun uzunluğu 7-13 sm, hündürlüyü 1 m, çəkisi isə 110 - 300 kq təşkil edir. 


Tapir otyeyən heyvandır. Meşələrdə meyvə, yarpaq və giləmeyvə yeyirlər. Əlavə olaraq, tapirlər yosun ilə də qidalanır: yaxın bir su hövzəsi varsa, bu heyvanlar burada çox vaxt sərf edirlər. Suda qidalanır, yırtıcılardan beləcə qorunub gizlənirlər.


Yetkin tapir yalnız bir körpə dünyaya gətirir. Bala tapir görünüşcə böyüklərdən çox fərqli olur: onların dərisi ağ xallar ilə örtülü olur. 6-8 aydan sonra tapirin rəngi dəyişir. 


Təəssüf ki, tapirin əsas düşməni insandır. Əti yeməli və dadlı olduğundan beş növdən dördünün nəsli kəsilməkdə olan heyvanların sıraları arasındadır. Bundan əlavə iri pişiklər, ayılar, timsahlar və anakonda tərəfindən də ovlanır. Daimi təhlükə hiss edərək, bu heyvanlar gecə həyat tərzi yaşayır və meşələrin, cəngəlliklərin dərinliklərində gizlənirlər.


Təbii yaşayış mühitində tapir 30 il yaşayır.

 


Yəhərli tapir


Yəhərli tapir (lat. Tapirus indicus)) — İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebra hartmannae) və Equus zebra.


Tapirlər arasında ən böyüyü hesab olunur. Bədəninin uzunluğu 1,8-2,4 m, süysününün hündürlüyü 0,75–1 m, kütləsi 250-320 kq olur. İndiyədək məlum olan ən böyük yəhərli tapirin kütləsi 540 kq olub.

 


Düzənlik tapiri 


Düzənlik tapiri (lat. Tapirus terrestris)) — Hündürlüyü 77 - 108 sm, bədən uzunluğu 220 sm-dir, çəkisi isə 150 - 270 kq arasında dəyişir.


Düzənlik tapirinə Cənubi Amerikanın, And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan, Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri əsasən su hövzələrinə yaxın tropik meşələrdir.


Bu məməlinin görmə orqanından başqa bütün hissetmə orqanları yaxşı inkişaf edib. Əsasən gecə həyatı yaşayır. Yaxşı üzməyi və suyun dibinə dalmağı bacarır. Çox qorxaq heyvandır. Bir təhlükə hiss etdiyində tez qaçıb gizlənir. Lazım olarsa, düşməni dişləyərək özlərini müdafiə edirlər.