Şeirlər

Fikrət Sadıq. “Aydan”

Aydan dedi:
Mən Aydanam
Məni Aydan
Alıb anam.
Mən baxanda
Ay top olur.
Dolu olur.
Yumru olur.
Baxmayanda
Ay saralır,
Para olur,
Yarı olur .
Hamı ona
İnandı;
Aydan,axı
Aydandı.