Şeirlər

Hikmət Ziya. “Pələng qüssəsi”

Pәlәng gördü, meşәdә ağlayır qoca Çaqqal, 
Dedi:-Nә olub sәnә, bir mәni dә başa sal! 
Heç! Fәrsiz çıxıb mәnim üç balamın üçü dә. 
Oğurluq üstdә hindә tutulub bir gecәdә.
Pәlәng nәrildәdi:-Sәn
Niyә fәryad edirsәn?
Heyrәtlik bir işmi var?!-
Özünә oxşayıblar. 
Heç dinmә ki, deyәrlәr: «Bu ki, naqqallıq edir».
Dәrd mәnimkitәk olar,
Bircә dәnә balam var, 
Mәn Pәlәng ola-ola, gedib çaqqallıq edir.