Bu maraqlıdır!

Sinqapurun Curonq Quş Parkı

Sinqapurun Quş Parkı - Curonq şəhərindəki ən çox ziyarət edilən böyük parklardan biridir. Park Asiyanın ən böyük və ən gözəl parklarından biri sayılır. Curonq təpəsinin qərb yamacında yerləşir. Sinqapurun mərkəzindən yarım saatlıq yoldur.


Curonq Quş Parkı yaşıl cəngəlliklər və şəlalələr arasında 20 hektardan çox sahədə yayılıb. İlk dəfə 1971-ci ildə park qapılarını ziyarətçilərin üçünə açıb. O vaxtdan etibarən, milyonlarla insan parkı ziyarət edir. Hazırda parkda 5000-dən çox quş var.


Parkın yaradılması təklifi maliyyə naziri Goh Keng Sviyə məxsusdur. O istəyirdi ki, şəhər əhalisi təbiət qoynunda istirahət eləsin. Plana görə parkda pinqvinlərdən tutmuş tropik quşlaradək hamısına ideal şərait yaradılmalı, quşlar sərbəst dolaşıb uçmalı idi. Ərazinin qiymətini çıxmaq şərti ilə park 3,5 milyon dollara başa gəldi.


Park ərazisində olan bölmələr
Gecə dünyası — bölməsində (böyük qəfəslər) gecə həyatı keçirən quşlar məskunlaşıb. Ərazinin özünəməxsus işıqlandırma sistemi mövcuddur. Turistlərin gündüz ziyarəti zaman gecə şəraiti yaradılır, gecə isə əksinə - gündüz. Bununla turistlər quşların gündüz aktiv həyat fazasını müşahidə edə bilirlər. Hər növ quş üçün özəl şərait yaradılıb: Sarı balıq bayquşu üçün manqrov cəngəlliyi, Qütb bayquşu üçün isə küknar və qar.


Cənub Şərqi Asiya quşları — 260 növə malikdir. Bəziləri üçün yer dəyişmə məhdudiyyəti yoxdur. Bəziləri üçün isə ideal təbii şərait yaradılıb: Tropik yağış və rütubətə malik cəngəlliklər.


Pinqvinlər sahili — sahəsi 1 600  м², hündürlüyü 21 metr, soyuq iqlim şəraitinə malik pavilyon. 16 °C temperatura malik bu ərazidə süni su hövzələri yaradılıb və iki yüzdən çox pinqvin məskunlaşıb. Ziyarətçilər pinqvinləri 30 metrlik su altındakı pəncərədən də müşahidə edə bilir.


Lori Loft — xüsusi örtük altında olan ərazi. Hündürlüyü 9 mərtəbəlik bina ölçüsündə, sahəsi 3000 kvadrat metr olan bu qəfəsdə 1000 dən çox tutuquşu saxlanılır. Növ tərkibi 110 olsa da, 60 yaxın növ məhz park ərazisində çoxalır.


Cənnət quşları — parkda cənnət quşlarının 5 növü var. Parkın əsas fəxr etdiyi məqamlardan biridə, on iki lələkli cənnət quşudur. Məhz ilk dəfə parkda onun çoxalmasına nail olunub.


Şəlaləli meydança — sahəsi 2 hektar olan bu ərazidə dünyanın ən hündür süni şəlalələrindən biri yerləşir (30 metr). Burada Asiya, Afrika və Cənubi Amerikaya məxsus 1500 quş saxlanılır. Park ərazisinə 10 000 ekzotik bitki, 125 müxtəlif ağac növü əkilib.


Qu quşu gölü — su hövzəsində müxtəlif qu quşu növləri saxlanılır - qaraboyun qu quşu, qara qu quşu, harayçı qu quşu. Quşları müşahidə etmək üçün xüsusi meydan təşkil olunub.


Qutanlar buxtası — 7 növ qutanın məskunlaşma ərazisi.
Uçmayan quşlar — burada dəvəquşularının müxtəlif növləri saxlanılır.
Flaminqo gölü — Adi qızılqazların saxlanıldığı su hövzəsi.