Təbiət

Musiqiçi Devid Bouinin şərəfinə adlandırılan molyusk

İspan zooloqları Kuba sahillərində dəniz onurğasızlarına xas olmayan xüsusiyyətə malik, rəngini dəyişə bilən yeni bir molyusk növü aşkar ediblər. Bu dəniz canlısına mərhum Britaniyalı musiqiçi Devid Bouinin adı verilib - “Jorunna davidbowiei”. Səhnə çıxışlarında rəngli işıqlardan istifadə edən tanınmış musiqiçi  Devid Bouninin pərəstişkarları xamelyon molyuskaya məhz rəngini dəyişmə qabiliyyətinə görə musiqiçinin adını veriblər.


“Jorunna davidbowiei” molyuskasının başında buynuzabənzər, dad və qoxu orqanları sayılan iki çıxıntı var.


Oviedo Universitetinin zooloqu Hesus Ortea və Kanarya Adaları Hökumətinin Bioloji Müxtəliflik Xidmətinin zooloqu Leopoldo Moro araşdırmaları nəticəsində məlum olub ki, molyusk sakit vəziyyətdə şəffaf ağ rəngdə, narahat vaxtda isə solğun çəhrayı rəngdə olur.


Jorunna davidbowiei-nin ilk nümunələri İspan alimləri tərəfindən Kubanın Milli Akvariumu yaxınlığında sıxlıq bir yerdə tapılıb. Zooloqlar Ortea və Moro, Kuba Okeanoloji İnstitutunda saxlanan iki nümunə ilə müqayisə etdikdən sonra, tapıntılarının məhz yeni bir növ molyusk növü olduğunu sübut ediblər.