Bu maraqlıdır!

İtlərin üz cizgiləri

İtlərin üz cizgiləri insanların diqqətini çəkmək üçün zamanla təkamül keçib. Bir araşdırmaya görə, körpə it balalarının məsum üzləri, insanlar onlara qarşı diqqətsiz qalmasın deyə təkamülləşib. ABŞ-da ingilis alimləri tərəfindən aparılmış araşdırmalara görə, itlərin kədərli üz ifadələrinə bürünmələrinə səbəb olan göz ətrafındakı əzələlər, ataları olan canavarlarda heç olmadığı ortaya çıxıb.  Məlum olub ki, itlərin üzündəki bu anatomik dəyişim insanların yanında yaşadıqları üçün minlərcə ildə inkişaf edib. Araşdırma zamanı itlərin üz cizgiləri, təxminən 33 min il əvvəl canavarlardan ayrı bir növ olaraq təkamül etdikləri üçün canavarların üz cizgiləri ilə müqayisə edilib.