Bu maraqlıdır!

Aland adaları

Aland adaları- Finlandiyaya aid muxtar vilayətdir. Arxipelaq Baltik dənizində, Finlandiya və İsveç arasındakı Botnik Körfəzinin girişində yerləşir.


Aland adaları 6.5 min adadan ibarət arxipelaqdır, lakin onların təxminən 60-ı məskunlaşmış sayılır, əksəriyyəti isə kiçik qayalı adalardır. Aland adalarının əhalisi təxminən 25 min nəfər təşkil edir. Yerli əhalilər əsasən turizm və dəniz sənayesi sayəsində gəlir əldə edir. Vergi sistemi, poçt markaları və öz bayrağı belə var. Muxtar vilayətin yeganə rəsmi dili - İsveç dilidir. Aland adaları - turistlər üçün əsl cənnətdir. Buradakı istirahət imkanları son dərəcə müxtəlifdir: adadan adaya səyahət, gəmi ilə gəzinti, balıqçılıq, qolf oyunları və s. 


Alandın paytaxtı - Aland adalarının yeganə şəhəri olan Mariehamndır. Taxta evləri və yaşıl parkları olan bu kiçik şəhər, ideal istirahət yeri və Aland adaları ətrafında turizm marşrutlarının başlanğıc nöqtəsidir. Mariehamn 1861-ci ildə İmperator Aleksandr II tərəfindən qurulmuş və həyat yoldaşı Mariya Aleksandrovnanın şərəfinə (İsveçin "Məryəm limanından" tərcümə etmişdir) adlandırılmışdır. Şəhər əhalisi 11 min nəfərdir, lakin turist sayı ildə 1,5 milyon nəfər təşkil edir. 


Aland adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub. Sonuncu isə 1856-cı il Krım müharibəsində məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib. Alandlılar bu təklifi rədd ediblər, münaqişə yetişməyə başlasa da, tərəflərdən heç biri silaha əl atmayıb.


1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiyanın neytral və hərbsizləşdirilmiş ərazisi olması barədə qərar çıxarır. 1921-ci ilin iyununda verilmiş qərarla Finlandiyanın üzərinə adalarda yaşayan əhalinin İsveç dilini, adət və ənənələrini saxlamaq, İsveç mədəniyyətinin inkişafına təminat verməsi barədə öhdəlik qoyulur.


İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə görə, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı İsveç əhalisinin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat alır.