Xəbərlər

11 iyul Beynəlxalq Əhali günüdür

11 iyul tarixi dünyada beynəlxalq Əhali günü kimi qeyd edilir. BMT-nin son hesabatına əsasən, bu ılin sonunda dünya əhalısının sayı 7 mılyardı keçəcək. Hazırda planetimizdə 6,90 milyard adam yaşayır. Bu barədə “Yer əhalisi” Hannover Fondunun məlumatında bildirilib. Statistikaya əsasən, hər saniyə planetdə 3 uşaq dünyaya gəlir. İl ərzində planet əhalisinin sayı 80 milyon nəfər artır. 


Ekspertlərin proqnozlarına görə, 50 ildən sonra Yer üzündə 9,1 milyard adam yaşayacaq. 


Əsrın sonlarına qədər isə bu göstərici 10 mılyarda çatacaq. Bu da əvvəllər proqnozlaşdırılan mıqdardan çoxdur. Bunun səbəbı ölümlərın azalması və doğumun çoxalmasıdır. İndi isə əsas məsələ əhali artımının tənzimlənməsidir. Yəni, bu artımın normal bir hala salınması və onun təminatının ödənilməsidir. 


İnkişaf edən ölkələrin əhalisi daha sürətlə artır. 2050-ci ilədək 49 yoxsul ölkənin əhalisinin sayı iki dəfə artaraq 1,7 milyard nəfərə çatacaq.