Bu maraqlıdır!

Milad adası

Hind okeanında yerləşən və Avstraliyaya aid olan Milad adası (ing. Christmas Island) (xarici ədəbiyyatda “Kiritimati” deyə adı keçir)  çox da böyük deyil. Ada Pert şəhərindən 2360 kilometr şimal qərbdə yerləşir. Tabuaeran adasından 285 km, Honoluludan 2500 km, Taitidən isə 2700 km məsafədə yerləşir. Paytaxtı – Settlement şəhəridir (Flying Fish Cove). Torpaq sahəsi 388,39 km²-dir. Laqun sahəsi 324 km²-dir. 


Adada bir neçə kiçik çay var. Elə bu səbəbdən də içməli su problemi yoxdur. Orta temperaturu 27 dərəcə, illik yağıntının miqdarı isə 2000 mm-ə bərabərdir. 
Adada 2072 (2011-ci il) nəfər əhali yaşayır ki, onun da 70%-i çinlilərdən ibarətdir.  Milad adasının rəsmi dili-ingilis dilidir.


Ada 1986-cı ildən qeyri-rəsmi, 2002-ci ildən isə rəsmi olaraq öz bayrağına sahibdir. 


Vulkanik mənşəli adadır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 361 m. hündürlükdə yerləşir. Adanın iqlimi tropikdir.


Adada 1895-ci ildən fosforit istehsal olunurdu. 1987-ci ildən ehtiyatı tükəndiyinə görə istehsalı dayandırıldı və ada indi sırf turizm istiqamətində inkişaf edir.
Milad adasının təbiəti əsrarəngizdir. Bitki örtüyünün və faunanın müxtəlifliyi bu torpaq sahəsini məşhur Qalapaqos adalarının analoquna çevirir. 


XVII əsrdə yəni 25 dekabr 1643-cü ildə kapitan Uilyam Maynors “Royal Meri” adlı gəmisi ilə adanı kəşf edib. Milad bayramı ərəfəsində kəşf edildiyinə görə ada “Milad adası” adlandırıldı. Bu torpağa ilk xristianlıların ayaq basmasına və adının xristian adı olmasına baxmayaraq, yerli əhali əsasən buddistlərdir. Xristianlıq adanın yalnız 12% -ni təşkil edir.


Son zamanlara qədər Milad Adasının təbiəti orijinal formasında saxlanılıb. XIX əsrin sonuna qədər adanın demək olar ki, heyvanların və bitkilərin insan müdaxiləsi olmadan böyüməsinə imkan yaradırdı. Adanın florasını təxminən 25 növ ağacın hakim olduğu sıx tropik meşələr təşkil edir. Ümumilikdə adada 135 növ bitki növü mövcuddur, onlardan ən azı 18 dənəsi yer üzünün başqa bir yerdə tapılmır. 


Qeyd etmək lazımdır ki, hər il qırmızı xərçənglər adada kütləvi bir miqrasiya təşkil edir. Adada yağışlı mövsümün başlanmasından və ayın dövrü ilə uyğun olaraq bu miqrasiya noyabr ayında baş verir. Bu fenomen dünya təbiətinin möcüzələrindən biri sayılır. Hal-hazırda bir çox əcnəbi turist bu hadisəni yaxından izləmək üçün adaya gəlir.