Təbiət

Adəm alması

Adəm alması (digər adlar - Meymun alması, maklyura) adlanan yaşıl yumru meyvələrə Bakı və rayonların parklarında tez-tez rast gəlinir.

 

Bu ağac Azərbaycana Avropadan gətirilib. Ağacın özü oksigen hasil etməsinə görə ən faydalı ağacdır. Amma meyvəsi yeyilmir. Elə yeyilmədiyi üçün də payızda yetişib torpağa düşür və çürüyür.

 

Lakin çox az insan var ki, hər il payızda meymun almasının yetişməsini gözləyir. Çünki məhz bu meyvə onun ağrılarının dərmanıdır.

 

 Bitki tutkimilər ailəsinə daxildir. Budaqları tikanlarla örtülüdür. Adəm alması əsasən Orta Asiya ərazisində, Krımda bitir. Bu meyvə xarici görünüşünə görə portağalı xatırladır.


Bir fəsildə bitki 500-dən çox meyvə verə bilər. Həkimlər bildirir ki, bitkinin meyvələri xərçəng əleyhinə təsir edə bilər. Xalq təbabətində adəm almasının dəymiş meyvələrindən istifadə edilir. Meyvəsinin şirəsinin tərkibində bir çox flavonoidlər, mikro və makroelementlər, bioloji aktiv maddələr və s. vardır. Bitkidən bir çox dərmanların – cövhər və məlhəmlərin hazırlanmasında istifadə olunur.