Bu maraqlıdır!

Kraterin içində yumru şəhər

Bavariyanın Noerdlingen bölgəsi 14 milyon il əvvəl dünyaya düşən göy cismi tərəfindən yaranan kraterin içində meydana gəlib. Əhalisi 20.000 nəfərdir.

Bu yer Almaniyanın ən böyük ticarət yerlərindən biri olub. 1215-ci ildə İmperator II Frederik tərəfindən azad imperatorluq şəhəri elan edilib. Şəhər "30 il müharibəsi" əsnasında 1634 və 1645-ci illərdə iki önəmli müharibənin şahidi olub. Müharibədən sonra isə ticarət kəndi kimi önəmini itirib.

Kanadanın Markham, Avstraliyanın Wagga Wagga, Fransanın Riom, Çexiyanın Olomouc kimi şəhərləri bu şəhərlə qardaşlaşıb.