Təbiət

Ən bərk qaçan yırtıcı – hepard

Vəhşi pişiklər fəsiləsinə mənsub olan hepard ən sürətli yırtıcı sayılır. Hepardın “gizli silahı” onun güclü onurğaya və yerə möhkəm dirənən olduqca iti caynaqlı pəncəyə malik elastik bədənidir. Afrika savannalarının sakini olan hepard,  ən sürətli heyvanıdır. Qısa müddət ərzində saatda 100 kilometr sürət yığır. O, tez yorulmasaydı, Afrikanın ən təhlükəli yırtıcısı olardı.

 

Hepard ceyran, cüyür və dovşan kimi kiçik heyvanları ovlayır. Üç hepard birlikdə hətta dəvəquşunun da öhdəsindən gələ bilər.

 

Hepardlar iki, bəzən isə 8-9 fərddən ibarət qruplar halında yaşayırlar. Adətən qruplar yalnız bir ailədən ibarət olur. Pişiklər fəsiləsinin digər nümayəndələrindən fərqli olaraq, itlər kimi hepardın da barmaqları qatlanmır. Bu, onların qaçarkən yerdə sürüşməsinin qarşısını alır. Hepardın baş barmaqları yerə toxunmur. Onun uzun quyruğu sükan rolunu oynayır və ov arxasınca qaçarkən, istiqaməti tez-tez dəyişməkdə ona kömək edir. Hepard ağaca dırmaşır və yüksəklikdən düzənliyi seyr edərək özünə ov seçir.