Təbiət

Yumurtaya bənzər göbələk: Phallus impudicus

Möcüzəli, həyati əhəmiyyət kəsb edən Phallus impudicus göbələyi insanlar arasında bir neçə adıyla məşhurdur. Bunlar arasında "cadugərin yumurtası", "laxta yumurta" və s. var. Ən sürətli böyüyən göbələk kimi adı Ginnes Rekordlar Kitabına salınıb. Dəqiqədə 5 mm böyüyür.


Göbələyin əsasən Tibb sahəsində xüsusi yeri var, belə ki bir neçə xəstəliyin, xüsusilə, onkoloji xəstəliklərin müalicəsində effektivdir.


Başından buraxdığı şirə dərmandır. Şirə qatı olur və onu bədxassəli şişlərin aradan götürülməsində istifadə edirlər.


Gənc göbələklər istifadəyə yararlıdır. Göbələyi yumurtaya oxşayan vaxt istifadə etmək lazımdır, daha sonra yumurtadan 30 santimetrə qədər uzanan bir ayaq və tünd qəhvəyi rəngdə şapka əmələ gəlir. Gənc fərd ağ rəngdə və 6 sm diametrlik yumurta şəklində olur.


Yetkin göbələyin bir fərqli xüsusiyyəti də odur ki, onun xoşagəlməz və kəskin qoxusu olur. 


Göbələk zəngin tərkibə sahibdir. Belə ki, tərkibində aktiv fitosidlər (bakteriyalarla mükəmməl mübarizə aparır), polisaxaridlər (immunitet sisteminin əsas elementləri - limfositlərin istehsalını stimullaşdırır), fitosteroidlər (potensiyanı gücləndirir), amin turşuları (bunlar bədənin özəyidir, həmçinin, bədən yaralarının daha sürətli sağalmasını təmin edir) və antioksidantlar var.


Son vaxtlar meşədə təbiətin bu "möcüzəsi"nə rast gəlmək çətinləşib. Göbələk yığanlar kütləvi şəkildə göbələkləri yox olma təhlükəsi dərəcəsində toplayırlar.