Xəbərlər

23 İyul – Ümumdünya Balina və Delfinlər Günüdür

1986-cı ildə Beynəlxalq Balinaovlama Komissiyası (International Whaling Comission: IWC) bu heyvanların 200 illik amansız şəkildə qırılmasından sonra balina sənayesinə qadağa qoymuşdur. Bu qadağa indi də qüvvədədir və bütün dünyada balinaların ovlanması, o cümlədən balina ətinin ticarəti qadağan olunmuşdur. Lakin balina sənayesi bu heyvanlar üçün yeganə təhlükə deyil.

Balinaların, delfinlərin və digər dəniz məməlilərinin yox olmasının daha bir səbəbi – onların delfinarilər, okeanariumlar və sirklər üçün tutulmasıdır. Buna görə də bu gün yalnız balinaların deyil, bütün dəniz məməlilərinin qorunması günü hesab olunur.

Beynəlxalq Delfinovlama Komissiyası balinaların ovlanmasına qadağa tətbiq etdikdən sonra Yaponiya sanksiyalardan çəkinərək bu sazişə qoşulmağa məcbur olmuşdur. Lakin balinaların elmi məqsədlərlə ovlanması hüququ vardır. 2007-ci ildə balinaların ovlanma kvotası 950 balina təşkil edirdi. Həmin kvotaya görə, hər il Yaponiya ancaq üçə qədər balina ovlayırdı. Lakin həmin il yapon “Nissin-maru” balina ovlama donanmasında yanğın baş verir və “tədqiqat” üçün 508 heyvan öldürülür. Elmi işlər başa çatdıqdan sonra heyvanların əti əsasən yapon restoranlarında istifadə olunur.

Beynəlxalq Balinaovlama Komissiyasının qadağası 19 fevralda qüvvəyə minmişdir. Hər il fevralın 19-da daha bir bayram – Beynəlxalq Balinalar Günü qeyd olunur. Bəzən müxtəlif ölkələrin ekoloji təşkilatları bu günü birlikdə məhvolma təhlükəsi qarşısında qalan hər bir növ dəniz məməlisinin müdafiəsinə həsr edirlər.