Bu maraqlıdır!

Dünyanın ən kiçik mayak-adası

Hazırda dünyanın ən kiçik adası - Böyük Britaniyanın cənub-qərbindəki Silli arxipelaqında yerləşən Bişop Rok (Bishop Rock) adası sayılır. Bu ada Ginnes Rekordlar Kitabına dünyanın ən kiçik məskəni olaraq düşüb. Ada cəmi bir binadan, “mayak qüllə” dən ibarətdir. Ada İngiltərənin ən qərb nöqtəsində yerləşir. Bu qayanı ada adlandırmaq çətin ada olsa da bura rəsmi olaraq qəbul olunub. 


Qayanın üzərindəki mayak 1847-ci ildə mühəndis C. Voker itərəfindən tikilməyə başlanılıb və 1858-ci ildə tamamlanıb. 


Təxminən 1861-ci ildə Britaniya qanunlarına əsasən ada qeydə alınıb. Mayakın hündürlüyü 45 metrdir. Adanın ölçüləri: 46 x 16 metrdir. Mayak qüllənin yuxarı hissəsində vertolyotların enmə meydançası da qurulub.


Bişop Rok bəşəriyyət tarixindəki ən çətin inşa olunan obyek sayılır. Çünkü  Silli adaları ətrafındakı sular Böyük Britaniya dənizlərinin ən təhlükəlisi sayılır. Bu yerlərdə gəmi qəzalarına dair çox sayda məlumat var.