Bu maraqlıdır!

Peron yarımadası

Peron yarımadası (ing. Peron Peninsula) —Avstraliyanın ən qərb nöqtəsidir. Yarımada Qərbi Avstraliya ştatında, Hamelin-Pul buxtası ilə Demen körfəzi arasında yerləşir. Ondan qərbdə Derk-Hartoq, cənub-qərbdə isə İdel-Land yarımadası yerləşir. İdel Land yarımadasında materikin ən ucqar qərb nöqtəsi olan Stip-Poynt burnu yerləşir. 


Yarımada kvars əsaslı qumdan təşkil olunub. 2 mln — 10 min il öncə meydana gəlib. Qumları qırmızı rəngə çalır.
Qumlu düzənlikləri isti iqlimə dözümlü akasiyalar ilə örtülüdür. Sahildəki parlaq qırmızı qayaları, ağ qumu mavi okean suları ilə birləşərək heyrətamiz görüntü meydana gətirir.  


Yarımadanın şimal hissəsində bu torpaqların kəşfçisi olan fransız zooloqunun adını daşıyan Fransua Peronun Milli Parkı yerləşir. Parkın sahəsi 525 kvadratmetrdir. Burada ümumdünya irsinə daxil olan Şark Bey körfəzi (Köpəkbalığı körfəzi) yerləşir. Şark Bey körfəzi  dəniz parkı hesab olunur; dayaz aydın sularında çox sayda dəniz canlısı yaşayır. Peron yarımadasının yüksək qayalarından sularda üzən delfinləri, tısbağaları və hətta nadir su canlılarını aydın seyr etmək olur. Burada mərcan rifləri dalğıcları cəlb edir. Burada hətta dünyanın heç bir yerində qeydə alınmayan 12 növ yosun müxtəlifliyi qeydə alınıb.


Peron yarımadası flora və fauna baxımından zəngin bir regiondur. Burada çoxlu sayda köçəri quş yuva qurur: Adi emu, Sericornis və Sylvia. Sahil suları isə dəniz faunası ilə zəngindir. Bitki örtüyü baxımından akasiyalar üstünlük təşkil edir.


Qədim zamanlardan yarımadada Avstraliya aborigeni olan vulayidi qəbiləsi məskən (ing. Wulyibidi) salıb. Onlar malqan dilində danışırlar. Bu dil XIX əsrdə fransız araşdırmaçısı tərəfindən qeydə alınıb. Yarımada öz adını bölgədə ekspedisiyada olan naturalist Fransua Perondan alıb.


1880-ci illərin sonlarından 1990-cı illərə qədər yarımada ərazisi qoyunçuluq fermaları üçün istifadə edilirdi. Üstəlik burada mirvari çıxarılırdı. 1990-cı illərdə torpaq sahələri ştat tərəfindən satın alınır. 1993-cü ildə burada Fransua Peron Milli Parkı salınır.


Yarımada ərazisində ən böyük yaşayış məntəqəsi Denem şəhəridir. İnzibati baxımından Şark-Bey qraflığına daxildir.