Xəbərlər

30 iyul- Beynəlxalq Dostluq Günüdür

Beynəlxalq Dostluq Günü BMT-nin Baş Assambleyası tərəfindən 2011-ci ildə təsis edilib.


Baş Assambleya xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun, sülhün təmin edilməsi üçün səy göstərməyə ruhlandıra biləcəyini vurğulayaraq BMT üzvü olan dövlətlərə bu nəcib hissi fəal təbliğ etməyi təklif edib.


Assambleya BMT üzvü olan dövlətlərə müraciətlə, Beynəlxalq Dostluq Gününü öz mədəni adət və ənənələrinə uyğun olaraq lazımi qaydada, o cümlədən ictimaiyyətin maarifləndirilməsi və onun məlumatının artırılmasına yönəlmiş tədbirlər vasitəsilə qeyd etməyə çağırıb.