Xəbərlər

Şəhid ailələrinin uşaqları üçün yay məktəbi təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi (İB) “Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili” layihəsini həyata keçirir.

 

İB-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Mingəçevirdə və ətraf ərazilərdə yaşayan şəhid uşaqları üçün yay məktəbi təşkil edilib. İki həftə ərzində şəhid övladları üçün maraqlı məşğələlər və intellektual oyunlar keçiriləcək.

 

Layihənin əsas məqsədi Vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün yay məktəbi təşkil etməklə, onların tətil dövründə asudə vaxtlarının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdan ibarətdir.