Xəbərlər

“Buratinonun macəraları” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Sentyabrın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rus yazıçısı Aleksey Tolstoyun eyniadlı əsəri əsasında hazırlanmış “Buratinonun macəraları” tamaşası nümayiş etdiriləcək. Bu, həm də teatrın yeni - 86-cı mövsümünün ilk tamaşası olacaq.
Beynəlxalq layihə əsasında ərsəyə gələn səhnə əsərinin quruluşçu rejissoru Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının baş katibi İvitsa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir  (Xorvatiya).
Tamaşa boyu şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanmış və sonra da itmiş qızıl açarının axtarışına çıxmış  Buratino və onun dostları ağlasığmaz macəralarla rastlaşırlar. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzusunda olduqları teatra – sehrli aləmə qədəm qoyurlar.