Təbiət

Qanq çayı

Amazon və Konqodan sonra üçüncü bolsulu olan Qanq çayı Hindistan və Banqladeş ərazisindən keçir. Himalay dağlarından mənbəyini götürüb Hind okeanında Benqal körfəzinə tökülür.

Hinduizmdə Qanq çayını cənnətdən axan çay adlandırırlar. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Çay iyuldan-oktyabradək yağış suları, aprel-iyun arası isə Himalay dağlarında əriyən qarlar hesabına qidalanır.

Ən çirkli çay hesab olunur. Qanq çayı ətrafında qorunan və nəslikəsilməkdə olan heyvanlar çoxdur. Ayı, tülkü, leopard, maralın bir neçə növü, timsahlar, şir, fil və s.