Bu maraqlıdır!

Yer kürəsinin ən qoca heyvanının 187 yaşı tamam olacaq

Conatan adlı tısbağa planetimizdə ən qoca heyvandır. O, kraliça  Viktoriyanın tacqoyma mərasimindən beş il əvvəl - 1832-ci ildə Hind okeanındakı Seyşel adalarında dünyaya gəlib. Bu il onun 187 yaşı tamam olacaq.    


Conatanı 1882-ci ildə Cənubi Atlantikadan Müqəddəs Yelena adasına (Müqəddəs Yelena adası Napoleon Bonapartın ömrünün son günlərində burada sürgündə olması ilə məşhurdur) gətiriblər. Adaya gələn vaxt Conatanın 50 yaşı olub. Tısbağanı Britaniya İmperiyasının müstəmləkəsi olan bu adanın qubernatoruna hədiyyə ediblər. O vaxtdan tısbağa qubernatorun iqamətgahında yaşayır.  


Conatanın yaşadığı illər ərzində iki dünya müharibəsi, Fransa inqilabı baş verib, Britaniya taxt-tacında yeddi hökmdar və ABŞ-ın 39 prezidenti bir-birini əvəzləyib.  


Dünyanın ən qoca tısbağası kataraktadan əziyyət çəkdiyinə görə onun gözləri, demək olar, görmür, iybilmə qabiliyyəti də itib. Lakin əla eşidir və iştaha ilə yeyir. Yerli baytar deyir ki, tısbağa yemləmə vaxtı öz adının çəkilməsinə xüsusilə yaxşı reaksiya verir. 



İndiyədək dünyada ən qoca heyvan Tui Malila adlı tısbağa sayılıb. Bu tısbağa azı 188 il yaşayıb. Onu kapitan Kuk 1777-ci ildə Tonqo adasının başçısına hədiyyə edib. Tui Malila 1965-ci ildə ölüb.