Xəbərlər

Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür

Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür. Həmin tarix Beynəlxalq Heyvan Hüquqları Cəmiyyəti (ISAR) tərəfindən onların populyasiyasının tənzimlənməsi problemini cəmiyyətə çatdırmaq üçün 1992-ci ildə təsis edilib.

 

AZƏRTAC “anydayguide.com” saytına istinadla xəbər verir ki, Beynəlxalq Evsiz Heyvanlar Günü hər il avqustun üçüncü şənbə günü qeyd edilir.

 

Ev heyvanların sayının artması bütün heyvan mühafizəsi təşkilatları üçün narahatlıq doğurur. Hər il dünyada milyonlarla it və pişik öldürülür. Lakin bu, məsələnin həlli deyil. ISAR bu gün vasitəsilə heyvanların arzuedilməz artımının qarşısının alınması üçün tədbirlər görülməsinin vacibliyini cəmiyyətin diqqətinə çatdırır.

 

Beynəlxalq Evsiz Heyvanlar Günü hazırda dünyanın 50-dən çox ölkəsində qeyd edilir. Həmin gün bir çox ölkələrdə heyvan müdafiəçiləri müxtəlif tədbirlər keçirirlər.