Xəbərlər

On altı yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

30.01.2014. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 1998-1999-cu il təvəllüdlü (16 yaşadək) oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb. 24 idmançının iştirak etdiyi yarışlar İsveçrə sistemi üzrə keçirilib.
 
Rüstəm Bünyatov (7,5 xal), İlkin Rəhimli (7 xal) və Qulam Məmmədov (7 xal) müvafiq olaraq ilk üç yeri bölüşüblər. Həmin şahmatçılar və dördüncü yeri tutmuş Zaur Abbasov (7 xal) bu ilin mart ayında keçiriləcək respublika çempionatının final mərhələsinə vəsiqə qazanıblar. 
 
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara yeni uğurlar arzulayıb. 
 
Qalib idmançılar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.