Xəbərlər

Bakıda Dünya Kitab və Müəllif Hüquqları Gününə həsr edilən müsabiqə keçiriləcək

09.04.2014. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə “Öz kitab üzünü yarat” uşaq müsabiqəsi-2014” (Kids Competition 2014 – “Draw your own Book Cover”) keçirəcək. 
 
Müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında savadlılığı təbliğ etmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, eləcə də kitabların təşviqi ilə bağlı məsələlərə diqqət ayırmaqdır.
 
Müsabiqədə iştirak üçün 6-13 yaş arası uşaq və yeniyetmələr fərdi və ya qrup şəklində “Müxtəlifliyə hörmət” (“Respecting differences”) mövzusunda hazırladıqları kitab üzü layihələrini aprelin 20-dək UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərməlidirlər. 
 
Qaliblərin mükafatlandırılması nəzərdə tutulur.  Müsabiqə ilə bağlı əlavə məlumatı www.unesco.org/new/wbcd internet ünvanından əldə etmək olar.