Təbiət

Şüşə ağac: Brahihiton

Şüşə ağac və ya xoşbəxtlik ağacı kimi tanınan Brahihiton (lat. Brachychiton) gövdəsinin qeyri-adi şəkildə şişkin olması ilə məşhurdur. Yayılma arealı Avstraliya, Okeaniya və Cənub-Şərqi Asiya sayılan bu ağac kaktuslar kimi quraqlığa dözümlüdür.

Malva ailəsinə aid olan bu ağac növü ilk dəfə XIX əsrin sonlarında Karl Şuman tərəfindən təsvir edilib. İndiyədək Brahihiton ağacının 60 növü qeydə alınıb. Əsasən kol, yarım kol və nəhəng ağac növləri var. Ev şəraitində belə əkilir.


Təbii mühitdə 4-6 metr hündürlükdə olan Brahihiton ağaclarına çox rast gəlinir. Cəmi 50 sm hündürlükdə olan bir ev brahihitonu belə var. Ağacın gövdəsi xüsusi formasına görə seçilir. Belə ki gövdə yuxarı hissədən 2-6 qat daha qalındır. Yarpaqların uzunluğu 20 sm, eni isə 4 sm-ə çatır.


Avstraliyadan bizə gələn əcdadlarına bənzəməmələrinə baxmayaraq, bu ağac qablarda böyüdükdə belə xarakterini dəyişmir. Daim yaşıl və dözümlü olması bu ağaca olan marağı daha da artırır. 


Brahihiton ağacının yarpaqlarının düşən və həmişəyaşıl növləri var. Yarpaqların açılması ilə eyni vaxtda və ya düşdükdən sonra çiçəklər açır. Bir çox kiçik qönçələr, bulud kimi, bütün bitkini bürüyür. Çiçəkləmə 3 aydan çox davam edir. Çiçəklər diametri təxminən 2 sm olan 5-6 ləçəkdən ibarətdir. Çiçəklərin rəngi sarıdan bənövşəyi rənglərə qədər fərqlənə bilər. Çiçəkləmə bitdikdən sonra tünd rəngdə, qalın, uzunluğu 15-20 sm olan meyvə yetişir. Meyvənin içində çoxlu sayda fındığı xatırladan üstü iynəli toxumlar yetişir.


Brahihiton, ehtiyac duyulduqda, hər 2-3 ildən bir yeri dəyişdirilərək yenidən əkilir. Bitki budama ilə yanaşı bu proseduru da yaxşı qəbul edir. Brahihitonlara ən çox hörümçəklər və böcəklər ziyan verir.


Bitki hava çirkliliyinə, xüsusən tütün tüstüsünə qarşı çox həssasdır. Yarpaqlar sarıya dönməyə və düşməyə başlayır. Buna görə ev şəraitində brahihiton ağacı saxlanılırsa otağı daha tez-tez havalandırmaq tövsiyə olunur.