Xəbərlər

Tərtərdə futbol festivalı keçirilib

Bakı, 3 may, AZƏRTAC

 

Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtərin Şəxarx qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin idman zalında 12-14 yaşlı yeniyetmələr arasında futbol festivalı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə millət vəkili, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, İlham Məmmədov və başqaları iştirak ediblər.