Xəbərlər

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi Dünya Uşaq Rəsm Müsabiqəsində gümüş mükafata layiq görülüb

Yaponiyada “Sənin xəyalının avtomobili-2019” adlı Dünya Uşaq Rəsm Müsabiqəsi keçirilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak edən bu qurumun 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc tərtibatçı rəssamlar dərnəyinin üzvü Kənan Arzumanov ölkəmizi uğurla təmsil edib. Mükafatlandırma mərasimində K.Arzumanovun “Eco Speed Toyota” rəsmi münsiflər heyəti tərəfindən gümüş mükafata layiq görülərək dünya ikincisi olub.

 

Qeyd edək ki, müsabiqəyə 86 ölkə üzrə 100 minə yaxın rəsm işi təqdim olunub, onların arasından 30 ən yaxşı sənət əsəri seçilərək təşkilatçılar tərəfindən mükafatlandırılıb.