Təbiət

Asai giləmeyvəsi: Uzun ömürlülüyün sirri

“Asai” - palma ailəsinə aid olan giləmeyvədir. “Uzun ömürlülüyün sirri”, "Amazoniyanın incisi", "Əbədi gənclik bulağı" və s. kimi adları ilə tanınan bu giləmeyvə əsasən Braziliya Amazoniyasında xurma ağaclarında bitir. Dünyada yalnız XXI əsrin əvvəllərində möcüzə ağac haqqında məlumat əldə edilib.


Asai ağacı hündür olur. Giləmeyvələri toplamaq xüsusi texnika tələb edir ki, bunu da yerli sakinlər bacarır. 


Top formalı giləmeyvə üzüm salxımına bənzəyən uzun dəstələrin üzərində yetişir. Tünd bənövşəyi rəngli giləmeyvənin ortasında kifayət qədər böyük bir çiyidi var. Giləmeyvə, demək olar ki, toplandıqdan sonra gün ərzində dərhal yeyilməlidir, çünki uzun müddət qaldıqda  faydalı xüsusiyyətlərini qismən itirir.


Asainin qeyri-adi dadı var, buna görə heç kim hansı dada malik olduğunu dəqiq müəyyən edə bilmir. Kimisi moruq, kimisi qoz, kimisi isə şokolad dadı verdiyini söyləyir. Lakin bütün fikirləri “dadlıdır” kəlməsi birləşdirir.


Uzun ömürlülük sirri kimi bilinən giləmeyvə Asai unikal müalicəvi xüsusiyyətlərə malikdir.


Asainin faydaları


Acai giləmeyvəsinin faydaları çoxsaylı təcrübələr vasitəsilə sübut edilib. İlk növbədə, bu meyvələrdən alınan tozun unikallığı və faydaları tərkibdə antioksidantların çox yüksək tərkibdə olmasıdır. Bildiyiniz kimi, antioksidantlar bədənin vaxtından əvvəl yaşlanmasının qarşısını alır, sərbəst radikalları neytrallaşdırır, toksinləri aradan qaldırır və xolesterini azaldır. Alimlər sübut etdilər ki, müntəzəm istehlak ilə meyvələr hüceyrələrin və bədənin yaşlanma prosesinin sürətini azaldır. 


Asai Braziliyada "gözəllik giləmeyvəsi" adlanır, çünki bədəndə enerji və immuniteti artırır, maddələr mübadiləsini sürətləndirir. Və bu, öz növbəsində dərhal dərinin, saçın və dırnaqların görünüşünə, vəziyyətinə təsir göstərir. Asai böyük miqdarda vitamin: dəmir, kalsium, fosfor, faydalı turşu və liflə zəngindir. Onlar yaşlanma və hüceyrənin məhv olma prosesini yavaşladır.


Asai giləmeyvəsi şəkərli diabeti olan insanlar üçün də çox faydalıdır, çünki qanda şəkəri normallaşdırır. Və alimlər sübut ediblər ki, Asainin müntəzəm istifadəsi orqanizmdə yaşlanma prosesinə mane olur. 
Kalori miqdarı: 160 kkal.
Məhsulun enerji dəyəri:
Zülallar: 3,8 q.
Yağlar: 0 q.
Karbohidratlar: 36,6 q.


Asai  necə yeyilir?
Asai giləmeyvəsi həm təzə, həm də emal olunmuş formada - dondurulmuş və ya toz halında yeyilə bilər. Məsələn, Braziliyada Asai enerji yaradan alkoqol və alkoqolsuz içki hazırlamaq üçün istifadə olunur. Bundan əlavə, bu giləmeyvə dondurma və müxtəlif çərəzlərə əlavə olunur.