Qədim şəhər "Petra"

Dünya mədəni irsinin ən gözəl nümunələrindən biri olan qədim Petra şəhəri hazırda İordaniyada yerləşir. Əvvəllər Edom, daha sonralar isə Nəbatilər dövlətinin paytaxtı olan bu şəhər yerli sakinlər tərəfindən Rakmu adlandırılırdı. Əsas quru ticarət yollarının üzərində yerləşdiyinə görə  şəhər çox varlı idi. Amma sonradan Romalılar tərəfindən dəniz ticarət yolları açıldığından şəhər getdikcə zəiflədi və sonda tərk edilərək qumların altında itib-batdı.

 

Şəhərin özəlliyi ondan ibarətdir ki, bütün arxitektur abidələr birbaşa qayanın üzərində yonulmuşdur.

 

Şəhər bir də 1812-ci ildə isveçrəli səyyah İohan Lüdviq Burkhard tərəfindən aşkar olunana qədər naməlum qaldı. Hazırda ən məşhur turistik yerlərdən biridir və dünyanın müasir 7 yeni möcüzəsi sırasına daxil edilmişdir.

 

Bu şəhərdə “Transformerlər2” və “İndiana Cons” filmi çəkilib.