Xəbərlər

“Sehrli üzük” hazırlanır

BAKI, 19 noyabr (AzərTAc). Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Sehrli üzük” tamaşasının məşqlərinə başlanılıb. Tamaşa eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında gənc rejissor Anar Məmmədov tərəfindən hazırlanır. Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyirin şər üzərindəki qələbəsinin nümayişi olacaq. Uşaqlara qorxmazlıq və özünə inamı tərənnüm edən tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.Rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira  Rəhimova və Cavid Telman ifa edəcək.