Bu maraqlıdır!

Fizika qanunlarına tabe olmayan “Davasko daşı”

Fizikanın məntiq və qanunlarını pozan, 300 ton ağırlığında olan  fenomen “Davasko daşı” qayanın kənarında balanslı (tarazlı) şəkildə dayanıb və  küləyin əsməyi sayəsində yellənir. Artıq bir neçə minilliklərdir ki, daş bu şəkildə dayanır.

 


“Davasko daşı” Argentinada Buenos-Ayresdən cənub-şərqdə yerləşən Tandil şəhərindədir. Daşın başqa bir adı da - "Piedra Movediza"dır. İspan dilindən tərcümədə bu, "hərəkətli daş" deməkdir. İllər öncə alimlər daşın cazibə qüvvəsi altında hərəkət etdiyi fikrini irəli sürdülər. 

 


Yerli sakinlərdə belə bir rəvayət var ki, 1000 il bundan öncə Davasko (Günəşin oğlu) özü ilə birgə onların əcdadlarını bura gətirib. Öz xalqına hər bir şeyi öyrədəndən və bir müddət yaşadıqdan sonra Davasko onları tərk edir. O, öz atası - Günəşin yanına gedir. Öz xalqına isə söz verir ki, vaxt keçəcək və o yenidən yer üzünə həmişəlik geri qayıdacaqdır. Xalq onu unutmasın deyə, Davasko daş saxlayır, hansı ki, onun dönüşünə qədər orada dayanacaq və heç bir şey ona zərər verməyəcək.

 

Lakin günlərin bir günü əzəmətli heykəlin sonu gəlir. 29 fevral 1912-ci ildə Davaskonun daşı sıldırımdan qoparaq aşağıya düşür. Qırılma səbəbi kimi ən inandırıcı versiya - eroziyanın əsası və yaxınlıqda yerləşən şaxtada iş zamanı partlayışların olması sayılır. Bu hadisədən şəhər sarsılır. İnsanlar uzun illər dərin sarsıntıda yaşayırlar. Buna baxmayaraq onlar ruhdan düşməmək qərarına gəlirlər. 95 il keçdikdən sonra 2007-ci il mayın 13-də, səhər saat 07:58 radələrində Tandiliya sakinləri öz tarixi əfsanələrini bərpa edirlər. Daşın plastik nüsxəsi təpənin uc hissəsində, eyni funksiya ilə həmin yerdə quraşdırılır.